Bu ölkədə güclü zəlzələ baş verdi

28
Yan
2024
20:28

Braziliyada 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 16,5 min nəfər əhalisi olan Tarauaka şəhərindən 66 km qərbdə yerləşib. Mənbə 609,5 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.