Mahir Emrelinin komandası məğlub olub

21
Sen
2024
17:42

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.

Azreform.info Report-a istinadən xəbər verir ki, Nürnberq şəhərinin təmsilçisi evdə "Herta" klubu ilə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının hücumçusu matçın 39-cu dəqiqəsində meydana daxil olmaqla "Nürnberq"də debütünü rəsmiləşdirib. O, zədələnərək meydanı tərk edən Benyamin Qolleri əvəzləyib.

Qeyd edək ki, M.Emrelinin komandası VII turda səfərdə "Hannover"in qonağı olacaq.