Türkiyədə mafiya liderinin 32 adamı saxlanıldı

21
Sen
2024
14:49

Türkiyədə Antalya başda olmaqla, ümumilikdə 6 bölgədə keçirilən Quyu-27 əməliyyatı çərçivəsində mafiya lideri Beratcan Gökdəmirin dəstəsinə aid 32 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Azreform.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

Hazırda həbsdə olan B.Gökdəmirin mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən əməliyyat nəticəsində 23 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz tüfəng, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda pul da ələ keçirilib.

Cinayətkar təşkilatın üzvlərinin iş adamlarına qarşı hücum, əmlaka ziyan vurma və hədələmə cinayətləri törətdikləri müəyyən edilib.