Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

21
Sen
2024
16:49

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

Azreform.info -ın "Report"a istinadən məlumatına görə, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib.

Belə ki, "Bakcell" şirkətinin əməkdaşı olduğu bildirilən Lənkəran rayonu Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov qazıntı işləri apararkən ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.