İrəvanda yanacaq məntəqəsi partladı: yaralılar var

21
Sen
2024
19:42

İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib, 3 nəfər yaralanıb.

Azreform.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 21-də saat 16:43-də Milli Böhran İdarəetmə Mərkəzinə İrəvanın Sebastiya küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verdiyi barədə siqnal daxil olub.

Hadisə yerinə 4 döyüş briqadası gəlib. İlkin məlumata görə, partlayış yanacaqdoldurma məntəqəsinin texniki hissəsində baş verib.(Axar.az)