Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var

21
Sen
2024
21:35

Şuşada ağır yol qəzası olub.

Azreform.info “Report”a istinadla xəbər verir ki, mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 9-u müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.