Bəşəriyyət hələ Üçüncü Dünya müharibəsinə balaşmasa da, lakin artıq əsl informasiya müharibəsi gedir.
Azreform.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz son vaxtlar çox danışırıq ki, Allah eləməsin Üçüncü Dünya müharibəsi başlaya... Sadəcə olaraq, biz artıq bu dəhşətli hadisə ərəfəsindəyik. Amma şükür Allaha ki, bəşəriyyət bu dünya müharibəsinin başlamasına imkan verməyib. Ancaq uzun müddətdir ki, informasiya müharibəsi gedir və təkcə qarşıdurma deyil, real informasiya müharibəsi, bu, şübhəsizdir”, - Lukaşenko bildirib.
Mürtəza
Azreform.info