Kanada bəyan etdi: Netanyahu həbs olunacaq

22
Noy
2024
19:14

İsrailin baş naziri Binyamin Netanyahu Kanadaya səfər edəcəyi təqdirdə həbs olunacaq.

Azreform.info xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

Baş nazirin sözlərinə görə, Kanada Beynəlxalq Cinayət Məhkəməsinin (ICC)  İsrail baş naziri Binyamin Netanyahu da daxil olmaqla yüksək vəzifəli İsrail rəsmilərinin həbslə bağlı verdiyi qərarına əməl edəcək.

"Biz beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq məhkəmələrin bütün qərarlarına əməl edəcəyik", -  baş nazir Castin Trüdo qeyd edib.

Mürtəza
Azreform.info