Sumqayıtda minik avtomobili inkassatorla toqquşub - VİDEO

21
Sen
2024
22:56

Sumqayıtda “Hyunday” inkassatorla toqquşub.

Qəzadan sonra “Hyunday” markalı avtomobil işıq dirəyinə çırpılıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə və yol infrastrukturuna ziyan dəyib.

Fakt araşdırılır.