Bakıda derbi oyununa görə kütləvi dava - Rəsmi açıqlama

22
Sen
2024
01:07

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Azreform.info xəbər verir ki, hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan “Fənərbaxça” - “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.

Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.