Hacıqabulda 3 gündür axtarılan şəxsin meyiti tapıldı

21
Sen
2024
22:00

Hacıqabulda 3 gün əvvəl itkin düşən şəxsin asılımış meyiti tapılıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, 3 gün əvvəl itkin düşən Hacıqabul rayonunun Meyniman kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Sultan Əli oğlunun bu gün axşam saatlarında Kürün sahilində nasos stansiyasında asılmış meyiti tapılıb. Onun hansı şəraitdə intihar etməsi məlum deyil.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.