Ukraynanı hansı aqibət gözləyir? - Narışkindən şok iddia

28
Yan
2024
18:56

Ukrayna hazırda mövcud olduğu formada gələcəkdə çox acınacaqlı aqibətlə üzləşəcək.

Azreform.info xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin jurnalist Pavel Zarubinə şərhində deyib.

"Dövlətin, ən əsası isə Ukraynanı idarə edən rejimin mövcud olduğu formada Ukraynanın taleyi çox acınacaqlıdır. Rusiya yarı yolda dayanmayacaq", - Narışkin bildirib.

Narışkin bundan əvvəl Qərbin Ukraynadakı itkiyə görə Rusiya ərazisində təxribatlar təşkil etməyə çalışacağını iddia edirdi. Lakin onun fikrincə, uzunmüddətli effekt gözləmək lazım deyil.