Hücumu törədənlər 24 saat ərzində tutulacaq - Ərdoğan

28
Yan
2024
17:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib:

"Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində “Santa Mariya” italyan kilsəsinə silahlı hücum olub. Hücum nəticəsində bir nəfər ölüb.