ABŞ qorxur, buna görə Ukraynaya təyyarə vermir

28
Yan
2024
17:07

ABŞ qorxur ki, “A-10 Thunderbolt II” hücum təyyarəsi Rusiya hərbçiləri ilə döyüşlərdə məhv edildikdən sonra reputasiyasını itirəcək. Ona görədə bu təyyarələri Ukraynaya göndərmir.

Azreform.info xəbər verir ki, “Military Watch” jurnalı yazıb.

“Bu təyyarə İraq müharibəsində istifadə edilərkən heç də əla nəticələr göstərməyib, çünki o, İraqın yaxınmənzilli hava hücumundan müdafiə sistemləri tərəfindən bir neçə dəfə vurulub və ABŞ da Ukraynada oxşar hadisənin təkrarlanmasını istəmir”, - nəşr bildirib.

Qeyd olunub ki, məhz elə bu səbəbdən ABŞ F-16 qırıcılarının Ukraynaya göndərilməsini gecikdirdi.