Millimizin kapitanı Səudiyyə Ərəbistanı klubunda

28
Yan
2024
13:49

Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Azreform.info ”xəbər verir ki, bunu yarımmüdafiəçi sosial şəbəkə hesablarında etdiyi paylaşımında təsdiqləyib.

Müqavilə ilə Rusiya "Krasnodar"ına məxsus olan yarımmüdafiəçi icarə əsasında “İstern Fleyms” klubuna keçib.

Sözügedən komanda hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 8 komanda arasında 7-ci pillədə qərarlaşır.