Müğənni futbol klubunun prezidenti oldu

28
Yan
2024
10:49

Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.

Azreform.info ” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.

“Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir”, – sənətçi bildirib.

Qeyd edək ki, “Port Veyl” hazırda İngiltərə futbol liqası sistemində üçüncü divizion olan “Liqa 1”də turnirdə qalmaq uğrunda mübarizə aparır.