Məşhur aktyorun beyninə qan sızdı - FOTO

28
Yan
2024
07:21

Türkiyədə məşhur “Kızılcık şerbeti” serialında Abdullah obrazını canlandıran aktyor Settar Tanrıöğenin beyninə qan sızıb.

Azreform.info xəbər verir ki, Settar Tanrıöğenin serialda birlikdə rol aldığı model Ebru Destan bununla bağlı “Instagram” hesabında paylaşım edib.

“Settar beyin beyninə qan sızıb. Əməliyyatı yaxşı keçib, tezliklə sağlamlığına qovuşmasını diləyirəm. Səni sevirik”, - deyə Ebru Destan qeyd edib.