Bu, ABŞ üçün kütləvi qırğın silahıdır - Tramp

28
Yan
2024
01:14

ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib.

Azreform.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Donald Tramp bildirib.

Tramp bildirib ki, sərhəddəki mövcud vəziyyət tarixin ən pis vəziyyətidir.

Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Respublikaçıların iqtidarda olduğu 25 ştat isə Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.