Ərdoğanın imzaladığı fərman ABŞ-a niyə göndərilib? - RƏSMİ AÇIQLAMA

28
Yan
2024
00:35

Rəsmi Ankara ABŞ-ın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiq edən fərmanının dərcinin həqiqiliyinə şübhə ilə yanaşması səbəbindən "yaş imzalı" sənəd tələb etməsi ilə bağlı iddiaları rədd edib.

Azreform.info xəbərverir ki, bu barədə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Məlumatda ABŞ-ın BMT, MAQATE və NATO Nizamnamələri də daxil olmaqla 200-dən çox beynəlxalq müqavilənin mühafizəçisi (depozitar ölkə) olduğu izah edilir.

Türkiyə Prezidenti İsveçin NATO-ya daxil olmasına razılıq haqqında ölkə parlamenti tərəfindən qəbul edilmiş qanunu imzaladıqdan sonra sənədin mətni depozitar ölkə kimi saxlanmaq üçün ABŞ-a göndərilib.

Yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyasına səs verib. Bundan sonra qanunun tələb etdiyi kimi, sənəd ölkə prezidenti tərəfindən imzalanıb.

Alyansda İsveçin müraciətini hələ təsdiq etməyən sonuncu ölkə Macarıstandır.(publika.az)