Məhkəmə Trampı jurnalistə 83,3 mln. dollar ödəməyə məcbur edib

27
Yan
2024
18:42

Nyu-York məhkəməsi köşə yazarı və yazıçı Elizabet Cin Kerollinin ABŞ-ın 45-ci prezidenti Donald Trampa qarşı böhtan iddiasını təmin edib. 

Azreform.info "Associated Press"ə istinadən xəbər verir ki, məhkəmənin qərarından sonra Tramp  xanım Kerroliyə  83,3 milyon dollar ödəməlidir.

Qeyd edək ki, Elizabet  Kerrolli bundan əvvəl eks-prezidentə təzyiq və böhtana görə 5 milyon dollar tələb edib.

"Associated Press" xəbər verir ki, xanım Kerol onu təqib etməkdə ittiham etdikdən sonra Trampın onu yalançı adlandırması səbəbindən yenidən məhkəməyə müraciət edib. Eks-prezident məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Mürtəza
Azreform.info