Fuad Əliyev seçicilərlə növbəti görüşünü Astarada keçirib

27
Yan
2024
15:13

 

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizəd Fuaf Əliyev seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Astara rayonunda keçirib.

Azreform.info xəbər verir ki, əvvəlki kimi namizədin budəfəki görüşü də izdihamlı keçib. F.Əliyev ənənəvi olaraq əvvəlcə seçki platforması və proqramından yer alan tezislərdən bəhs edib.

Namizəd qeyd edib ki, əsas məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılmasına nail olmaqdır.

F.Əliyev ölkədə bütün sahələrdə demokratik islahatların aparıldığını, inkişafa nail olunduğunu desə də, əhalinin sosial rifahının hələ də yaxşı olmadığını da qeyd edib.

O, vurğulayıb ki, maaş, təqaüd, sosial müavinət və pensiyalatın aşağı olması əhalinin sosial problemlərini artırıb.

Sonda F.Əliyev seçicilərin çoxsaylı suallarını cavablandırıb, onlarla ayaqüstü söhbətlər aparıb, problem və istəklərini dinləyib.