ABŞ Türkiyəyə 23 mlrd dollarlıq F-16-ların satışını təsdiqləyib

27
Yan
2024
14:07

ABŞ Dövlət Departamenti 40 "F-16 Block" 70 döyüş təyyarəsi və 79 F-16 modernizasiya dəstinin satışını təsdiqləyən rəsmi bildirişi Konqresə göndərib. 

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən edilən yazılı açıqlamada deyilir. 

Açıqlamada deyilir ki, Dövlət Departamenti  F-16-ların alınması və modernləşdirilməsi ilə əlaqədar avadanlığın Türkiyəyə təxminən 23 milyard dollarlıq satışını təsdiqləyən qərar qəbul edib. 

Co Bayden administrasiyası Konqresdən Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcısı və xidmətində olan daha 79 təyyarənin modernləşdirilməsini  ilə yanaşı, əlavə avadanlıq, naviqasiya sistemləri, silah və sursat, raketlər, ehtiyat hissələri, yer terminalları və təlim sistemlərinin verilməsinə razılıq istənilib.

Bundan başqa, Vaşinqton Yunanıstana 8,6 milyard dollara 20 ədəd F-35 qırıcı təyyarəsi və avadanlıq satışına da icazə verib.

Mürtəza
Azreform.info