“Sülh müqaviləsi üzrə növbəti təkliflər paketi əldə etmişik”

27
Yan
2024
11:49

“Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik”.

Azreform.info ” “Report”a istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək: “Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək”.