Gürcüstan prezidentinə Paşinyanla görüşünə imkan verilmədi

27
Yan
2024
09:49

Gürcüstan prezidenti Ermənistan baş naziri Nikol Paşinyanın ölkəyə səfərini alqışlayır, lakin  bununla belə o təəssüflə qeyd edib ki,  ona hakimiyyət Paşinyanla  görüşmək imkanı verməyib.

Azreform.info xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Facebook səhifəsində yazıb.

“Aidiyyatı qurumların ölkədə baş verən yüksək səviyyəli səfərlər, görüşlər və ya tədbirlər barədə prezidentə məlumat verməməsi təəssüf doğurur və diqqətəlayiqdir”, - deyə o yazıb.
Qeyd edək ki, Paşinyan yanvarın 26-da  Gürcüstana səfəri zamanı gürcü həmkarı Qaribaşvili ilə danışıqlar aparıb.

 Mürtəza
Azreform.info