Ayının hücumundan xilas olmaq üçün öz qolunu kəsdi - FOTO

26
Yan
2024
20:35

Taylandda vəhşi təbiətin mühafizəsi mərkəzində könüllü kimi çalışan isveçli turist Stefan Klaudio Spekoqna meyvə verərkən vəhşi ayının hücumuna məruz qalıb. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, qəfəsdə olan ayı 32 yaşlı turistin sağ əlini dişləyərək özünə doğru çəkib. 

O, xilas olmaq üçün öz qolunu bıçaqla kəsib. 

Hazırda yaralının həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günay