Qərb Rusiyada nə etmək istəyir?- Rusiya kəşfiyyat rəhbəri açıqlama

26
Yan
2024
17:49

Qərb öz maraqlarına uyğun olaraq müxtəlif ölkələrdə inqilablar həyata keçirə biləcəyinə inanaraq, Rusiyada da inqilab təşkil etməyi düşünür, lakin bu, alınmayacaq. 

Azreform.info xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Xaosu, minlərlə insanın ölümü və dağıntıları ilə “Ərəb baharı” adlandırılan faciə də onların vicdanındadır. Ukrayna da Qərb ölkələrinin, ilk növbədə ABŞ-nin vicdanındadır.

Avromaydan faciəsi, onun nəticələrini bu günə kimi dünya hiss etməkdədir", - Narışkin bildirib.

Onun sözlərinə görə, Qərb belə "uğurlu başgicəllənməsi" ilə Rusiyanın problemlərini eyni şəkildə həll edə biləcəklərini düşünür. 

Narışkin onu da əlavə edib ki, Qərb Rusiyada sabitliyi pozmaq üçün planlar qurmaqla anti-Rusiya müxalifətini gücləndirməyə və ölkədə sabitliyi pozmağa çalışır.

Mürtəza
Azreform.info