Azərbaycan-AŞPA məsələləri rus mediasının diqqət mərkəzindədir

26
Yan
2024
15:49

Azərbaycanın AŞPA-da fəaliyyətini dayandırması, Rusiya mediasını diqqət mərkəzindədir.

Azreform.info xəbər verir ki, Azərbaycan-AŞPA münasibətlərinin böhranını təhlil edən rus ekspertlərinin fikrincə, AŞPA-nın münasibətini Bakı üçün gözlənilməz hesab etmək səhv olardı. 

Rus mediasının yazdığına görə, AŞPA-da kifayət qədər nüfuzlu olan Fransa bütün bu prosesin kuratorudur. Avropanın bəzi solçu partiyaları da Parisə kömək edir. Ermənipərəst mövqeyi ilə seçilən Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ erməniləri ilə bağlı Bakıdan güzəşt almaq istəyir. 

Növbəti məqam isə ondan ibarətdir ki, Moskva ilə Bakı arasında müəyyən razılaşmalar var və kollektiv Qərb bu addımlarla bu razılaşmaların icrasını dayandırmağa çalışır və  bu istiqamətdə təzyiqləri davam edəcək. 

Digər tərəfdən Qərb istəyir ki, nəyin bahasına olursa olsun, Ermənistanla Azərbaycan arasında sülh onun ərazisində bağlansın. Bununla da Qərb İrəvanla Bakının Rusiyanın himayəsi altında sülhə imza atmamasına mane olmağa çalışır Bunun üçün o, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün Bakını qondarma “Qərb Platforması”na qaytarmaq üçün bu yolla ona təzyiq göstərməyə çalışır. 

Mürtəza
Azreform.info