Qərb qərarının iflasını bilib “Türkiyə-Azərbaycan planı”nı işə salır - RƏY

26
Yan
2024
13:35

Azərbaycan uzun illərdir ki, beynəlxalq aləmin, xüsusən də özlərini beynəlxalq hüququn, ədalətin "carçısı" hesab edən Qərb ölkələrin əsassız heç bir məntiqə sığmayan riyakarlığının şahidi olmaqdadır. AŞPA-nın yanvarın 24-də Azərbaycanla bağlı qəbul etdiyi məlum qətnamə də bu qəbildən olan heç bir əsası olmayan növbəti riyakarlığın təzahürüdür.

Bunu Azreform.info -a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 il müddətində təmsil olunduğu beynəlxalq təşkilatlardan üzləşdiyi ədalətsizliklərlə, xüsusən də Ermənistanın ölkəmizə qarşı işğalçılıq, soyqırımı, hərbi cinayət siyasətinə və vandalizm hərəkətlərinə qarşı nəinki sanksiya, heç qınayıcı bəyanat belə qəbul etməyib. "Məhz Qərb ölkələrinin ermənipərəst mövqeyi və onları dəstəkləməsi nəticəsində Ermənistanın Azərbaycan qarşı işğalı 30 ilə yaxın davam edib. Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ildən bəri ermənipərəst, Azərbaycanafob, islamafob qüvvələr bu təşkilatdan daim ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Yanvarın 24-də qəbul edilən sənəd də elə həmin qüvvələrin, xüsusən də Fransa və Almaniyanın diktəsi ilə qəbul edilib", - o qeyd edib.

Deputat əlavə edib ki, son vaxtlarda Fransanın Avropa strukturları vasitəsilə Azərbaycana qarşı davamlı təzyiq siyasətinin şahidi olmaqdayıq: "Fransanın mövqeyi hələ Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə bəlli idi. Fransa hər vəchlə Ermənistanın işğalçılıq siyasətinə dəstək verməklə Cənubi Qafqazda işğalı, separatizmi təşviq edib. Sadəcə o zaman Fransa bunu dolayı vasitələrlə edirdi. Lakin 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Fransa Azərbaycanın beynəlxalq ədaləti bərpa etməsini həzm edə bilmədiyindən ölkəmizə qarşı açıq təhdid siyasətini həyata keçirməkdədir. Üç ildən artıq müddətdir ki, Fransa davamlı olaraq Azərbaycana qarşı təzyiq, təhdid kampaniyasını davam etdirməkdədir. Azərbaycana qarşı təhdid siyasəti artıq Fransanın dövlət siyasəti səviyyəsində həyata keçirilməkdədir. Fransa Azərbaycana qarşı BMT Təhülkəsizlik Şurası, Avropa İttifaqı, Avropa parlamenti, AŞPA müstəvisində təhdid siyasətini davam etdirməkdədir. Ancaq indiyədək Fransanın bu siyasəti Azərbaycanın qətiyyətli mövqeyi və uğurlu diplomatiyası nəticəsində iflasa uğrayıb. Bundan sonra da Azərbaycana qarşı siyasətdən uduzan tərəf yenə də Fransa və Ermənistan olacaq".

O əlavə edib ki, digər müstəvilərdə uduzan Fransa bu dəfə Almaniya ilə birlikdə əvvəlcədən Azərbaycana qarşı planlaşdırdıqları təzyiq taktikasını AŞPA vasitəsilə həyata keçirməyə çalışıblar. Bu da təsadüfi deyil. Onlar Ermənistandan istifadə etməklə Azərbaycan təzyiq edib bölgədəki maraqlarını təmin etməkdir.  Belə taktikalardan istifadə etməklə Cənubi Qafqazda maraqları təmin etmək mümkün deyil. Bu nə Ermənistan, nə də Avropa ölkələrinə uğur gətirəcək. Azərbaycanla bu cür təhdid dili ilə danışmağın heç bir effekti olmayıb və bundan sonra da olmayacaq. 

Azərbaycan da adekvat addımlarla bunlara cavab verəcək və verməkdədir. Ona görə də Azərbaycan AŞPA-da fəaliyyətini dondurdu".

Deputat onu da bildirib ki, Qərb bu cür taktika ilə Azərbaycana təsir edə bilməyəcəyini anladığından ölkə daxilindəki uzantıları vasitəsi ilə "suyu bulandırmağa çalışırlar". "Qərb buradakı xəyanətkar uzantıları olan 5-ci kolon vasitəsilə məsələnin əsl mahiyyətindən yayındırmaq üçün ən müxtəlif məkrli və çirkin oyunlara əl atırlar. Qərbli ağalarının əlində "marionetka" olan Real partiyasının sədri İlqar Məmmədovdan istifadə etməklə diqqəti başqa səmtə yönəltməyə çalışırlar. Qərbin qulu olan İlqar Məmmədov və onun kimilər məlum sənəddən istifadə etməklə ik qardaş Azərbaycanla Türkiyə arasındakı münasibətləri pozmağa yönəlik cəhdlər edib. Amma cəmiyyət bu insanların hansı çirkli oyunun iştirakçısı olduğunu yaxşı bilir.  Öz mövqeləri ilə belə qüvvələrə öz təpkisini bildirir. Bu gün xalq öz xilaskarının kim olduğunu yaxşı bildiyindən onun ətrafında bir yumruq kimi birləşərək qələbələr imza atmaqdadır. Biz bundan sonra da birliyimizi, həmrəyliyimizi qorumaqla bu cür təzyiq və təhdidlərə sinə gərib yeni-yeni qələbələrə imza atacağıq".  

Mürtəza
Azreform.info