İl-76 qəzasında ABŞ-ın əli yoxdur - Departament

26
Yan
2024
00:35

Rusiya Müdafiə Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğramasında ABŞ-ın heç bir şəkildə əli yoxdur.

Azreform.info  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.