Ukrayna ilə məhbus mübadiləsi davam edəcək - Kartapolov

26
Yan
2024
00:21

Rusiyalı girovların Ukraynadan qaytarılması üzərində işlər davam etdiriləcək.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin İl-76 təyyarəsini raketlə vurmasına baxmayaraq, Kiyevlə əsir mübadiləsi davam edəcək.

Qeyd edək ki, bundan öncə də Ukrayna tərəfi girovların mübadiləsinin davam etdiriləcəyini bəyan etmişdi.