2,8 milyon dollarlıq sərvətini ev heyvanlarına vəsiyyət etdi

25
Yan
2024
23:42

Çinin Şanxay vilayətində yaşayan Liu adlı qadın 2,8 milyon dollarlıq sərvətini uşaqlarının əvəzinə pişik və itlərinə miras qoymaq qərarına gəlib.

Azreform.info ” xəbər verir ki, bununla bağlı NTV məlumat yayıb.

Çində heyvanlara birbaşa mirasın qarşısını alan hüquqi çətinliklər səbəbindən mirasın idarəçisi olaraq yerli baytarlıq klinikası təyin edilib:

“Liu bütün mirasını ev heyvanlarına buraxmaq istəyirdi, lakin bu, Çində qanuni deyil”.

Məlumatda deyilir ki, yaşlı qadının bu addımı atmasına səbəb uşaqlarının ona heç vaxt baş çəkməməsidir.(qafqazinfo)