Parkda 185 min dollar dəyərində qiymətli daş tapdı - FOTO

25
Yan
2024
19:35

Culiyen Navas adlı şəxs ABŞ-nin Arkanzas ştatındakı "Brilyant krateri" parkında almaz tapıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, almaz təxminən 185 min dollar dəyərindədir.

Navas qızıl və ammonit kimi qiymətli fosil və daşların axtarışı ilə tanınır.

Belə ki, əlverişsiz hava şəraiti səbəbindən palçıqlı olan torpağı bir neçə saat qazdıqdan sonra o, parıldayan bir daş görüb. Navas tapdığı daşı səlahiyyətlilərə gətirib və həmin daşın 7,4 karatlıq almaz olduğu müəyyən edilib.

Navas həyəcanla çıxışında "Çox xoşbəxtəm. Düşünə biləcəyim tək şey nişanlıma tapdıqlarımı söyləməkdir" deyib.

O, bu qiymətli daşı iki yerə bölərək qızına və nişanlısına hədiyyə edəcəyini də bildirib.

Parkda tapılan tünd şokolad rənginə bənzəyən bu parıldayan daşın 2020-ci ildən bəri tapılan ən böyük kəşf olduğu açıqlanıb. 7,4 karatlıq almaz 1972-ci ildə park açılandan bəri parkda tapılan ən böyük səkkiz kəşfdən biri idi.

Qeyd edək ki, bu parkda bəzən belə qiymətli daşlara rast gəlmək olar.

Günay