Qızıl mədəni çökdü: 70-dən çox insan həlak oldu

25
Yan
2024
18:42

Malinin cənub-qərbində ötən həftə qızıl mədəni çöküb.

Azreform.info “aljazeera.com”a istinadla xəbər verir ki, hadisə nəticəsində 70-dən çox insan həlak olub.

Yerli məclis üzvü Oumar Sidibe ölənlərin sayını təsdiqləyib.

“Səs-küylə oldu. Yer silkələməyə başladı. Mədəndə 200-dən çox işçi var idi."

Milli Geologiya və Mədən Müdirliyinin yüksək rütbəli rəsmisi Kərim Bete hadisəni qəza adlandırıb.

Kiçik miqyaslı, qeyri-rəsmi kustar mədənçilər tez-tez xüsusilə uzaq ərazilərdə təhlükəsizlik tədbirlərinə məhəl qoymamaqda günahlandırılır.

Malinin mədən sektorunda Kanadanın “Barrick Gold” və “B2Gold”, Avstraliyanın “Resolute Mining” və Britaniyanın “Hummingbird Resources” şirkətləri də daxil olmaqla xarici qruplar üstünlük təşkil edir.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə belə qəzalar tez-tez baş verir.

Günay