Dünyanın ən sülhsevər ölkələri - SİYAHI

25
Yan
2024
15:56

Dünyanın ən sülhsevər 10 ölkəsinin siyahısı açıqlanıb.

Bu barədə İqtisadiyyat və Sülh İnstitutunun hər il nəşr etdiyi "Qlobal Sülhsevərlik İndeksi"ndə qeyd olunub.

Məlumata görə, 162 ölkədə analiz olunan başlıca kriteriyalar bunlardır: mövcud daxili və xarici münaqişə, sosial təhlükəsizlik və cinayətkarlığın səviyyəsi, hərbiləşdirmə dərəcəsi. Beləliklə, dünyanın ən sülhsevər ölkəsi İslandiya seçilib. 

Bu siyahıya daxil ölən ölkələr isə bunlardır:

1.  İslandiya

2. Danimarka

3. İrlandiya

4. Yeni Zelandiya

5.  Avstriya

6. Sinqapur

7. Portuqaliya

8. Sloveniya

9. Yaponiya

10. İsveçrə

©İqtisadiyyat.az