Moldovanın daxili işlər naziri Azərbaycana gəlir

25
Yan
2024
12:42

Moldova Respublikası daxili işlər naziri Dorin Reçanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Report"un məlumatına görə, səfər 29-31 yanvar tarixlərində baş tutacaq.

Səfər çərçivəsində Moldova daxili işlər naziri Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.