Bu ölkədə elektron siqaretlərin idxalı və satışı qadağan edildi

24
Yan
2024
21:14

Qazaxıstanda parlament tütün məmulatlarının istehlakını məhdudlaşdıran qanun qəbul edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə parlamentdəki “Respublika” partiyasının rəsmi “Telegram” kanalında dərc olunmuş məlumatda deyilir.

Elektron siqaret alverinə görə cinayət məsuliyyəti tətbiq ediləcək. Satış üçün maksimum cəza 50 günə qədər həbsdir, idxalına və paylanmasına görə 2 ilədək müddətə azadlıqdan məhrum etmə, eyni əməllər cinayətkar qrup tərəfindən və ya xüsusilə külli miqdarda törədildikdə və ya təkrar törədildikdə 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci ildə apardığı araşdırmanın nəticələrinə görə ölkədə 11-15 yaşlı yeniyetmələrin 9,8%-i müntəzəm olaraq siqaretdən istifadə edir. Onların fikrincə, elektron siqaretlər sağlamlıq üçün çox zərərlidir. Çünki onların tərkibində naməlum kimyəvi maddələr və əhəmiyyətli miqdarda nikotin var. Tənəffüs, ürək-damar və mədə-bağırsaq sistemləri bundan əziyyət çəkir.

Qazaxıstan Maliyyə Nazirliyinin məlumatına görə, 2020-ci ildən 2022-ci ilə qədər ölkədə elektron siqaretin dövriyyəsi 300 dəfə artıb.

Günay