Şimali Koreya artıq müharibə qərarı verib - Analitiklər

24
Yan
2024
20:35

Analitiklər Şimali Koreyadan gələn son xəbərdarlıqların Kim Çen Inın müharibəyə başlamaq qərarına gəldiyini iddia edirlər.

Azreform.info "Əl Cəzirə"yə istinadən xəbər verir ki, analitiklərin fikrincə, Şimali Koreyanın son bəyanatları hər an müharibənin başlaya biləcəyinə işarədir. 

Hesab edirlər ki, Şimali Koreya lideri Kim Çen Inın son zamanlar diqqəti cəlb edən bir sıra təxribatçı addımları bunu deməyə əsas verir. 

Belə ki, Kim Çen bir neçə həftə əvvəl isə Koreya İşçi Partiyasının iclasında deyib ki, Cənubi Koreyanın sülh yolu ilə birləşməsi mümkün olmadığından qonşular “iki düşmən ölkəyə” çevriliblər. Ona görə də müharibə “hər an başlaya bilər”.

Keçən həftə Şimali Koreya parlamentindəki çıxışında isə Kim Çen Cənubi Koreyanı "əsas düşmən və dəyişməz baş düşmən" adlandırıb.

Kim Çenin bütün bu bəyanatları müharibəyə başlamaq üçün strateji qərar kimi dəyərləndirilir. 

Analitik Robert L. "Karlin və Siegfried S Hecker"də nəşr olunan yazısında qeyd edib ki, yalnız Kim Çenin tətiyi nə vaxt və necə çəkməyi planlaşdırdığı bilinmir: "Lakin Vaşinqton, Seul, Tokio Pxenyanın bu təhlükəli təxribatlarından xəbərdardır".

Mürtəza
Azreform.info