Bakı və Tovuzda ƏMƏLİYYAT KEÇİRİLDİ: Saxlanılanlar var

27
Avq
2024
23:07

Tovuz rayon vəkil bürosunun sədri Rəşad Abdullayev və vəkil Süleyman Əliyevin saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Globalinfo.az-ın məlumatına görə, hər iki şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Bundan əlavə, Bakıda vəkil Fuad Əliyev və daha bir nəfərin saxlanıldığı qeyd edilir.

Onların dələduzluqda ittiham olunduğu bildirilir.