İtaliya Təl-Əvivə uçuşları bu tarixədək uzatdı

26
Avq
2024
23:56

İtaliyanın "ITA Airways" aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.

Azreform.info axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Vurğulanıb ki, Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi üçün Təl-Əvivə ikitərəfli uçuşlar sentyabrın 3-dək dayandırılıb. Həmçinin aviaşirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma müntəzəm reyslərini də sentyabrın 30-dək dayandırıb.

Qeyd edək ki, "ITA Airways" Yaxın Şərqdəki gərginliklə əlaqədar avqustun 2-dən etibarən Təl-Əvivə uçuşları dayandırıb.