Bakıda inzibati binada yanğın

26
Avq
2024
20:28

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Azreform.info FHN-ə istinadən xəbər verir ki, 30 m² sahədə məişət tullantıları və yaxınlıqda inzibati binanın penoplastdan ibarət üzlüyü 20 m² sahədə yanıb. İnzibati bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.