HƏMAS İsrailin yeni atəşkəs şərtlərini rədd edir

26
Avq
2024
11:28

Fələstinin HƏMAS təşkilatı İsrailin Qəzza zolağında atəşkəs danışıqlarında irəli sürdüyü yeni şərtləri rədd edərək ABŞ-nin 10 aylıq müharibəni bitirmək üçün son cəhdində irəliləyiş şansını şübhə altına alır.

Azreform.info "Reuters"ə istinadən xəbər verir ki, ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə davam edən danışıqlarda əsas məqamlar Qəzzanın Misirlə cənub sərhədi boyunca 14,5 km uzunluğunda dar bir ərazidə olan Filadelfiya dəhlizində İsrailin mövcudluğudur.

HƏMAS bildirib ki, İsrail dəhlizdən qoşunları çıxarmaq öhdəliyindən imtina edərək atəşkəs əldə edildikdən sonra anklavın daha sıx məskunlaşan şimalına qayıdan köçkün fələstinlilərin yoxlanılması da daxil olmaqla yeni şərtlər irəli sürüb.

HƏMAS-ın sözçüsü Usamə Həmdan bazar günü təşkilata məxsus "Əl-Əqsa" TV-yə verdiyi müsahibəsində deyib ki, iyulun 2-də razılaşmadan imtina edəcəklər və ya yeni şərtlərlə bağlı müzakirələri qəbul etməyəcəyik.

Həmdan onu da bildirib ki, HƏMAS vasitəçilərə son təklifə cavabını çatdırıb, ABŞ-nin tez bir zamanda razılaşmanın əldə edilməsinin zəruriliyi barədə fikir yürütməsi doğru deyil.

Mürtəza
Azreform.info