Çarlz Braun İsrailə gedib

26
Avq
2024
05:28

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun İsrailə səfər edib.

Azreform.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Braun burada İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi ilə görüşəcək.

Trəflər Yaxın Şərqdəki təhdidlərə cavab tədbirləri çərçivəsində təhlükəsizlik məsələlərini və regionda birgə təlimlə bağlı strategiyaları müzakirə edəcəklər.

Mətbuat xidməti qeyd edib ki, İsrail Müdafiə Qüvvələri regional sabitliyi və iki ordu arasında koordinasiyanı gücləndirmək öhdəliyinin bir hissəsi olaraq ABŞ ordusu ilə əlaqələrini dərinləşdirməyə davam edəcək.