"Hizbullah"ı QORXUDAN MƏQAM - İsrailə hücum buna görə təxirə salındı

25
Avq
2024
23:21

Beyrutda hərəkat komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq "Hizbullah"ın İsrailə zərbəsi Qəzzada atəşkəs üçün danışıqlar da daxil olmaqla bir sıra səbəblərə görə təxirə salınıb.

Azreform.info xəbər verir ki, bu barədə Hizbullah lideri Həsən Nəsrullah məlumat verib.

“Biz başa düşdük ki, İsrail və onun müttəfiqi ABŞ bizim cavabımıza hazırlaşır və belə şəraitdə tələsmək məğlubiyyət demək olardı. Bundan əlavə, Qəzza ilə bağlı danışıqlara şans vermək istədik”, - deyə Nəsrullah bildirib.

O əlavə edib ki, "Hizbullah" öz mülahizələrinə əsaslanaraq, müttəfiqlərindən ayrı hərəkət etmək qərarına gəlib.

Avqustun 22-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı şiə "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirib. Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, daha əvvəl Zarita bölgəsini atəşə tutan "Hizbullah" silahlıları Şıxin bölgəsində tapılıb. Buna cavab olaraq İDF hərəkat üzvlərinin yerləşdiyi binaya hücum edib.(Publika.az)