Məmurlara əmr: Telegramdakı yazışmalarınızı silin

25
Avq
2024
19:07

Rusiya rəsmiləri Telegram-da rəsmi yazışmaların silinməsi ilə bağlı təlimat alıblar.

Azreform.info xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb.

Verilən informasiyaya görə, belə bir əmr bir sıra hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin prezident administrasiyasının və Rusiya hökumətinin üzvlərinə gəlib. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin ən yüksək rütbəli şəxslərinə, eləcə də bəzi iri biznesmenlərə eyni göstərişlər verilib.