Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var.
Azreform.info “Report”a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində rayonun Boranıkənd kənd sakini, 2002-ci il təvəllüdlü Əmrahov Vüsal Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.