Toyuna hazırlaşırdılar, yas çadırı quruldu: 29 yaşlı Seymurun faciəli sonu - VİDEO

24
Avq
2024
19:49

Goranboyun Qarabucaq kəndində bədbəxt hadisə baş verib.

Belə ki, toyuna hazırlaşan 29 yaşlı Seymur Paşayev yaşadığı evdə elektrik xətlərini düzəldən zaman onu cərəyan vuraraq öldürüb.

Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.

Mərhumun əmisi bildirib ki, sentyabr ayının 9-u qız, 13-ü isə Seymurun oğlan toyu olacaqmış. O, üç bacının bir qardaşı olub.

Daha ətraflı süjetdə: