Göygöldə 25 yaşlı qadın intihar etdi

30
İyn
2024
13:14

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 25 yaşlı Səbinə Həsənəliyeva yaşadığı evdə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindın asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.

Qeyd edək ki, mərhum iki uşaq anası olub.

Faktla bağlı Göygöl rayon prokrorluğunda araşdırma aparılır.(Qafqazinfo)