Gəncədə zəncirvari qəza olub

29
İyn
2024
22:35

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Azreform.info xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, iki avtomobil ötüşən zaman biri idarəetmədən çıxaraq digər nəqliyyat hadisəsinə çırpılıb və zəncirvari avtomobil qəzasına səbəb olub.

Hadisə zamanı bütün avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.