Türkiyədə təyyarəni ildırım vurdu

29
Yan
2024
15:42

İstanbuldan Antalyaya uçan Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsini ildırım vurub. 

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, havaya qalxdıqdan az sonra ildırım vuran təyyarə yenidən İstanbulda eniş edib.

Təyyarənin pilotu vəziyyətlə bağlı İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb geri dönəcəyini bildirib.

Təyyarəyə texniki heyət tərəfindən baxış keçirilir.

Günay