Tramp od püskürdü: "3-cü Dünya müharibəsinin astanasındayıq"

29
Yan
2024
13:49

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına PUA hücumundan sonra amerikalı hərbçilərin yaralanması və ölməsinə  görə Co Bayden administrasiyasına sərt formada etirazını bildirərək bəyan edib ki,  artıq Üçüncü Dünya müharibəsinin astanasındadırlar.

Azreform.info xəbər verir ki, Tramp "Truth" sosial media platformasında ABŞ hərbi bazasına PUA ilə  hücumla bağlı paylaşım edib.

Tramp İordaniya-Suriya sərhədindəki hərbi bazaya hücum nəticəsində onlarla hərbçinin yaralanması və 3 hərbçinin ölümünü ABŞ üçün “dəhşətli bir gün ” olduğunu qeyd edib.

"ABŞ-yə qarşı bu hücum  Co Baydenin zəifliyi nəticəsində baş verib", - deyən Tramp əlavə edib ki, üç il əvvəl İranın zəif, qəpiksiz və tamamilə nəzarət altında olduğunu iddia edib.

Baydenin İrana milyardlarla dollar verdiyini iddia edən Tramp deyib ki, İran həmin pulları Yaxın Şərqdə qırğın və dağıntı törətməyə sərf edir.

“Mən prezident olsaydım, bu hücum heç vaxt baş verməzdi”, - Tramp  vurğulayıb.

Mürtəza
Azreform.info